Rəşad Mahmudov farmakoloqlarla bağlı məsələ qaldırdı

Rəşad Mahmudov farmakoloqlarla bağlı məsələ qaldırdı

“Azərbaycanda klinik farmokologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər mütəxəssis tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı Rəşad Mahmudov deyib.

“Bu qanunun qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarda farmokoloqlar təyin olunmalıdır. Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə,bu bizə problemlər yaradacaq. Hesab edirəm, bu maddə qanundan çıxarılmalıdır”- deyə, R.Mahmudov vurğulayıb.

R.Mahmudov son günlər istər Milli Məclisdə, istər cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirdi: “Bir çox hallarda saxta dərman və illeqal – qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”.

Deputat həkimlərin belə çətin vəziyyətlə üzləşdiyini qeyd edərək, bu istiqamətdə təcili olaarq müvafiq tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da ölkədə farmokologiya sahəsində mütəxəssislərin sayının az olduğunu təsdiqlədi.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər