Britaniyalı ekspertdən Paşinyana sərt sözlər: “Bəyanatları ziyanlı, diplomat və siyasətçiyə yaraşmayan danışıqlardır”

Britaniyalı ekspertdən Paşinyana sərt sözlər: “Bəyanatları ziyanlı, diplomat və siyasətçiyə yaraşmayan danışıqlardır”

Britaniyalı jurnalist, Karneqi Fondunun eksperti Tomas de Vaal son günlərdə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi sərt bəyanatları ziyanlı, diplomat və siyasətçiyə yaraşmayan, kütlə içindən çıxan bir şəxsin fikirləri kimi dəyərləndirib.

Avropa.info xəbər verir ki, Tomas de Vaal Paşinyanın Qarabağla bağlı son fikrilərini şərh edən məqalə yazıb.

Britaniyalı jurnalist Paşinyanın çıxışını kütlə adamının danışığı və daxili auditoriyaya hesablanmış bəyanat kimi dəyərləndirib. Onun fikrincə, Paşinyan “Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir” bəyanatı ilə Qarabağ ermənilərinə inandırmaq istəyir ki, guya o, onlarladır.

T.de Vaal hesab edir ki, Paşinyanın bu bəyanatları çox təhlükəlidir. Onun Qarabağın suverenliyi, işğal olunmuş torpaqların geri qaytarılmaması ilə bağlı səsləndirdiyi təhlükəli bəyanatlar Bakı ilə danışıqlar üçün yer qoymur və bu hər iki tərəfi müharibəyə sürükləməyə xidmət edir.

Analitik bildirib ki, baxmayaraq son 15 ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlar real nəticə verməzsə, tərəflər münaqişənin həllinin ATƏT-in vasitəçiliyi ilə həyata keçirilməsinə razılıq verib.

“Baxmayaraq son illərdə Qarabağ problemi ABŞ-ın gündəliyindən çıxsa da, xoşbəxtlikdən Tramp administrasiyasının vasitəçilik missiyasından imtina etməyərək, Endryu Şefferi həmsədr təyin etdi”- deyə, analitik vurğulayıb.

Ekspert hesab edir ki, Paşinyanın Qarabağ münaqişəsinin həllinə sərt yanaşma tərzi bir müddətdən sonra yumşalacaq. O hesab edir ki, Qarabağ münaqişəsinin həllinə yeni yanaşma olmalıdır. “Ermənistan lideləri küçələrdə əldə etdiyi legitmliyi qorumaq üçün Qarabağ məsələsində çox ehtiyatlı olmalıdır. Çünki Qarabağ danışıqları prosesi kövrək mexanizmlərə söykənir və hər an pozula bilər. Danışqıların iflasa uğraması qarşıya yanız bir alternativ qoyur ki, bu da yeni müharibə deməkdir”- deyə, ekspert bildirib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər