İsrail Avropaya savaş elan etdi: “Cəhənnəmə gedin”

İsrail Avropaya savaş elan etdi: “Cəhənnəmə gedin”

ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı 60-dan çox dinc fələstinli nümayişçinin qətlə yetirilməsi Avropa Birliyi-İsrail münasibətlərini korlayıb.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin energetika naziri Yuval Steinitz nümayişçilərə atəş açılmasını tənqid edən Avropa Birliyinə (AB) sərt təpki göstərib.

İsrailli nazir Avropa Birliyi barədə bu sözləri deyib: “Minlərlə, minlərlə dəfə cəhənnəmə gedin!”

Nazir Steinitz ik həftə bundan əvvəl AB-İsrail əlaqələrini tərif etmişdi. İsrail Avropa Birliyinin ən önəmli ticarət ortaqlarından biridir. Beynəlxalq təşkilat və Təl-Əviv idarəçiliyi arasındakı illik ticarətin həcmi 36 milyard dollar təşkil edir. Xatırldaq ki, mayın 14-də ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsindən sonra Qvatemala və Paraqvay da Qüdsdə səfirliklərini açıb. Başda Türkiyə olmaqla, Avropa Birliyi, Rusiya və Çin kimi böyük ölkələr ABŞ-ın bu addımına qarşı çıxır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər