Baş nazir hökuməti pul axtarışına göndərdi

Baş nazir hökuməti pul axtarışına göndərdi

Rusiyanın baş naziri maliyyə və iqtisadi inkişaf nazirliyini ölkədə həyata keçiriləcək layihələri həyata keçirmək üçün maliyə mənbələri axtarmaqla bağlı xüsusi tapşırıq verib.

Avropa.info lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitriy Medvedyev iyulun 6-dək maliyyə və iqtisadi inkişaf nazirliyinə maliyə mənbələri axtarmaq üçün vaxt verib.

Bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb. Bildirilib ki, hökumət prezident Vladimir Putinin yeni may sərəncamının icrası üçün maliyyə mənbələri axtarmalıdır. Bununla belə, Medvedyev hökumətə iyunun 25-dək strateji büdcə planlaşmasını hazırlamağı tapşırıb.

Baş nazir hökumətə həmçinin sentyabrın 1-dən 2024-cü ilədək ölkənin sosial-iqtisadi vəziyyətinin proqnozlarının əsaslarını hazırlamağı həvalə edib.

Qeyd edək ki, Putin mayın 7-də 2024-cü ilədək Rusiyanın milli hədəfləri və strateji tapşırılqarı ilə bağlı fərman imzalayıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər