Musiqili Teatrda həftəsonu – Foto

Musiqili Teatrda həftəsonu – Foto

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu çox maraqlı olacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Ağca Musayeva Avropa.info-ya bildirib ki, Musiqili Teatr 25 may saat 19:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm səhnə əsərinin premyerasını təqdim edəcək. 26 may saat 19:00-da milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakıyla “Toya bir gün qalmış” (Ə.Səmədli)   və 27 may saat 19:00-da “Hacı Qara” (M.F.Axundzadə) tamaşaları göstəriləcək.

Teatr kollektivi balaca tamaşaçıların görüşünə 26 may saat 12:00-da “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı), 27 may saat 12:00-da isə ana dilimizdə “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli) nağıl-tamaşaları ilə gələcək.

Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər