Xəzərdə qayıqda meyiti tapılan gənclərin kimliyi bilindi – Fotolar

Xəzərdə qayıqda meyiti tapılan gənclərin kimliyi bilindi – Fotolar

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Avropa.info FHN-in saytına istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.

Qeyd edək ki, gənc dostlar avarlıq rezin qayıqla idman məqsədi ilə dənizə çıxıbmış.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər