Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? – Hərbi ekspertdən açıqlama

Ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan Xocalı aeroportunun hərbi məqsədlər üçün isitfadə olunduğunu barədə  açıqlama verib. Ovannisyan aerportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib.

“Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik”-deyə Ovannisyan bildirib.

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib. Buna baxmayaraq düşmən tərəfin təxribatları davam edir.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Modern.az saytına danışarkən deyib ki, aeroportun hərbi təyinatla istifadə edilib-edilmədiyini, uçuş aparatlarını müəyyən etmək çətindir:

“Bilirsiniz, Xocalı aeroportu işğal olunmuş ərazidədir. İndiyə kimi həmin ərazidə müxtəlif beynəlxalq normalara zidd, bəzi tələblərin əksinə tədbirlər həyata keçirilir. Məsələn, müəyyən qanunsuz qruplaşmalar, terrorçular hazırlanır, narkotrafik ordan keçir. Yəni bu haqda mütəmadi olaraq məlumatlar var. O cümlədən Xocalı aeroportundan da hərbi  məqsədlər üçün istifadə olunur. İlk növbədə bilirik ki, orda ağır təyyarələrin uçuşu üçün imkan yoxdur.  Bəlkə də  balaca həcmli təyyarələr üçün bu, mümkündür. Ümumiyyətlə, burda yeni bir şey yoxdur.  Təbii ki, işğal olunmuş qüvvələr  hava məkanını istifadə edirlər və aeroportları, həmçinin digər strukturları da mənimsəyirlər”.

Ş.Ramaldanov qeyd edib ki, Dağlıq Qarabağ işğal olunandan sonra region üçün təhlükələr yaranıb:

“Beynəlxalq normalara zidd olaraq Xocalıda yaşayan sakinləri qovublar və bir sıra hər kəsə bəlli olan məsələlər  reallaşıb. Hesab edirəm ki, Xocalıda aeroport varsa, o ancaq mülki deyil, hərbi məqsədlər üçün də istifadə olunacaq. Bu baxımdan  region üçün ciddi təhlükədən söz açmaq mümkündür. Bilirsiniz, orda olan qüvvələrin heç biri beynəlxalq qurumların nəzarəti altında deyil. Yalnız dövlət kimi tanınan ərazilər  nəzarətdə olur. Həmin ərazi Azərbaycan ərazisidir və işğal olunduğu üçün  oranı nəzarətdə saxlamaq olmur.  Lakin digər beynəlxalq qurumlar ərazini dövlət kimi tanımadığı üçün ora “qara ləkə” kimidir. Yəni qaranlıq məsələlərin cəmləşdiyi ərazidir. Üçüncü dövlətlər də bu tipli əraziləri bu cür saxlamaqda maraqlıdırlar. İstər Ermənistanda olan silah-sursatları, istərsə  Rusiyanın hərbi bazasını gizlətmək üçün adətən Dağlıq Qarabağ ərazisi istifadə olunub və olunur”.

Polkovnikin sözlərinə görə, nə qədər ki, həmin ərazi işğal altındadır belə proseslər davam edəcək:

“Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü bərpa etdiyi halda Xocalı aeroportu və digər öroblemlərə son qoyulacaq. Bu vaxta qədər Azərbaycan heç bir tədbir görə bilməyib. Çünki biz atəşkəs rejimindəyik və onun tələblərinə uyğun olaraq beynəlxalq qurumlar qarşısında öz öhdəliyimiz var. Atəşkəsdən çıxıb öhdəlikdən azad olunanda hansısa addımlar ata bilərik”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər