Məhbusların 72-si ombudsmanın vəsatəti ilə əfv olunub

Məhbusların 72-si ombudsmanın vəsatəti ilə əfv olunub
“Ötən gün cənab prezident tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu gün əfv sərəncamının icrasını həyata keçirdik”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, müstəqilliyimiz dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub:

“Bu, çox böyük rəqəmlərdir. Sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Azvsion.az

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər