Sumqayıtda “Gül Vüqar”ı keçmiş işçisi öldürdü – Təfərrüat

Sumqayıtda “Gül Vüqar”ı keçmiş işçisi öldürdü – Təfərrüat

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Avropa.info xeberle.com-a istinadən bildirir ki, hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınırdı.

Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər