Hindistanda “Nipax” virusundan ölənlərin sayı 14 nəfərə çatıb

Hindistanda “Nipax” virusundan ölənlərin sayı 14 nəfərə çatıb

Hindistanın cənubunda Keral ştatında “Nipax” virusundan ölənlərin sayı 14 nəfərə çatıb.

 

Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

 

Virusa yoluxan 26 nəfər həkim nəzarətindədir. Bu virusa yoluxma nəticəsində ölən 14 nəfərdən 11-i Kojikoda, 3-2 Malappurama şəhərlərindəndir. Bu şəhərlər arasında məsafə 50 kilometrə yaxındır.

 

Qeyd edək ki, “Nipax” virusunun yayılmasına ilk dəfə 1998-ci ildə Malayziyada rast gəlinib. Həmin vaxt virusun donuzdan insana keçdiyi bildirilib. Ancaq hazırda virusun hazırda yayılması ilə əlaqədar hər hansı daşıyıcı aşkarlanmayıb. Hindistanda xəstəxanada virusun insandan insana yoluxması da qeydə alınıb. Xəstəliyə yoluxanların 70 faizi həyatını itirir.

 

 

 

 

 

apa

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər