Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Bakı aviareyslərində gecikmə yaranıb

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Bakı aviareyslərində gecikmə yaranıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) – Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq – Bakı reysi gecikir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

 

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda vurğulanıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər