“Belə fikirlər səsləndirəndə bir az ehtiyatlı olun” – Vitse-spiker deputata irad tutdu

“Belə fikirlər səsləndirəndə bir az ehtiyatlı olun” – Vitse-spiker deputata irad tutdu

Deputat vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil müəssisəsi açmasının əleyhinədir.

Avropa.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbərdənkənar sessiyasında “Təhsil haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı YAP-çı deputat Hikmət Babaoğlu xarici ölkə vətəndaşının Azərbaycanda təhsil müəssisəsini açmasını dövlətçiliyə təhlükə hesab edib.

Deputat vətəndaşlığı olmayan şəxsin Azərbaycanda təhsil müəssisəsi açmasını ölkənin digər formada istilası kimi dəyərləndirib.

“Bir var, torpaqlarını işğal edələr, bir də var, vətəndaşının zehniyyətinir. Bu, dövlətçilik üçün daha təhlükəlidir. Bir problem yarananda da onları hər hansı formada məsuliyyətə cəlb etmək olmur. Çünki onların Azərbaycan qarşısında hər hansı öhdəliyi də yoxdur. Ona görə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan təhsil müəssisəsi açmasına yol vermək olmaz. Bu, ilk növbədə dövlətçiliyə təhlükədir”- deyə, H. Babaoğlu bildirib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələyə reaksiya verərək bidlriib ki, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan qarşısında öhdəliyi var. “Bu öhdəliyi pozan şəxs üçün məsuliyyət nəzərdə tutulur. Odur ki, belə fikirlər səsləndirəndə bir az ehtiyatlı olun”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər