Aqil Abbas od püskürdü: “Gündə bir nazir gəlir, hərəsi bir qayda qoyur”

Aqil Abbas od püskürdü: “Gündə bir nazir gəlir, hərəsi bir qayda qoyur”

“Dediyimiz mənfur sovet təhsil sistemi Azərbaycanda Xudu Məmmədov, Yusif Məmmədəliyev, Cəlal Allahverdiyev və digər yüzlərlə dünya şöhrətli alim yetişdirimişdi. “Mənfur sovet təhsil sistemi”nin yetişrdiyi, 34 yaşında elmlər doktoru adını alan Xudu Məmmədov Londonda mühazirə oxuyurdu”.

Avropa.info xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elə “mənfur sovet sistemində” təhsil almış tanınmış alimlərdən bir qismi bu gün Milli Məclisdə də təmsil olunurlar. “Amma biz 26 ildir ki, Baloniya sisteminə keçsək də, bir nəfər də olsun, tanınmış alimlərimiz yoxdur. Bax diqqəti buna yetirmək lazımdır”- deyə deputat vurğualyıb.

A.Abbasın etiraz etdiyi digər məsələ dərslərin sentyabrın 15-də başlayıb iyunun 15-də başa çatması ilə bağlı oldu. O bildirib ki, zamanında dərslər sentyabrın 1-də başalyıb, mayın 25-də yekunlaşardı: “Dərslərin sentyabrın 15-də başlamasını anladım, bəs iyunun 15-dək davam etməsi nə deməkdir? Yayın istisində uşaqların məktəbə gedib-gəlməsinin nə mənası var? Onsuz də dərsər bitib və sadəcə, şagirdlər boş yerə məktəbə gedib gəlirlər”.

Deputat onu da bildirib ki, gündə bir nazir gəlir və hərə bir qayda qoyur: “İndi yenisi var. Birdən o da dərslərin 30 iyunda qurtarması bitməsi barədə qərar verə bilər”.

A.Abbas eyni zamanda aşağı sınıf şagirdlərinin dərs yükünün ağır olmasını və çantaları 6-7 kq çəkidə olamasına diqqət çəkərib: “Biz onları ştanqist kimi böyüdürük, yoxsa onlara elm öyrətmək istəyirik?”

Milli Məclisin sədri Oqtay Əsədov A.Abbasın çıxışna reaksiya verərk bildirib ki, 15 iyun məsələsi elə 15 sentyabrın məntiqi nəticəsidir: “Alimlər məsələsinə gəldikdə isə deyə bilərəm ki, onlar gənc olduğundan, yəqin xəbərsizsiniz. Yəqin səsləri bir azdan çıxacaq”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər