Neftçala sakini Sumqayıtda qətlə yetirildi

Neftçala sakini Sumqayıtda qətlə yetirildi

Sumqayıtda Neftçala rayon sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri həyat keçirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər