Məşhur agentliklər son dəqiqə başlığı ilə xəbər yaydı : Səudiyyə Ərəbistanı İran dəstəkli husilərə qarşı indiyədək görünməmiş, ən şiddətli hücum başlatdı

Məşhur agentliklər son dəqiqə başlığı ilə xəbər yaydı : Səudiyyə Ərəbistanı İran dəstəkli husilərə qarşı indiyədək görünməmiş, ən şiddətli hücum başlatdı

Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri İran dəstəkli husilərə qarşı indiyə qədərki ən ağır və şiddətli hücuma keçib. 

Avropa.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi son dəqiqə xəbəri olaraq məlumat yayıb. Agentlik İran dəstəkli husilərə qarşı başladılan hücumu “indiyə qədərki ən ağır hücum” kimi səciyyələndirib.

Məlumata görə, koalisiya qüvvələri hazırda Yəmənin ən böyük liman şəhəri olan Hodeydanı bombalayır. Bu şəhərdən cənubda yerləşən Yəmən ordusu isə husilərə qarşı hücuma keçib. Səudiyyə rəhbərliyindəki koalisiya qüvvələri husiləri təyyarələrlə yanaşı, döyüş gəmiləri ilə də bombalayır.

Qeyd edək ki, Hodeyda limanı Yəmənin ən kritik əhəmiyyətli nöqtəsi sayılır. İran dəstəkli husilər bu liman şəhərini ələ keçirdikdən sonra, ölkədə ərzaq qıtlığı yaşanırdı.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər