Sevinc Fətəliyeva: “Heydər Əliyev təkcə dövlətçiliyimizi qorumadı, eyni zamanda onu inkişaf etdirdi”

Sevinc Fətəliyeva: “Heydər Əliyev təkcə dövlətçiliyimizi qorumadı, eyni zamanda onu inkişaf etdirdi”

Suraxanı rayonunda 15 iyun – Milli Qurtuluş günü münasibəti ilə silsilə tədbirlər keçirilməkdədir. Bu gün isə Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans keçirilib.

Avropa.info xəbər verir ki, konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunub. Təbridrə rayon ictimaiyyəti, gənclər, Milli Məclisin komitə sədrləri, deputatlar iştirak edib. Konfransda məruzə ilə çıxış edən Milli Məclisin hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, millət vəkilləri Fəzail Ağamalı, Ağacan Əbiyev, Suraxanı RİH başçısı İlqar Abbasov və digərləri 1993-cü ildə Azərbaycandakı mövcud ağır ictimai-siyasi, sosial-iqtisadi durum və Heydər Əliyevin dövlətin və xalqın üzləşdiyi belə bir ağır dövrdə üzərinə düşən tarixi missiyanı dərk etməsi, xalqın səsinə səs verərək, üzləşdiyi bu ağır vəziyyətdən çıxmaq üçün hakimiyyətə gəlişini zəruri edən amillər barədə toplantı iştirakçıların məlumat veriblər.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamnetlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da 1993-cü ilin ilk vaxtlarında müstəqilliyimizin ən ağır vaxtları idi. “İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə ümummilli lider böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş günü kimi daxil oldu”- deputat bildirib.

Komitə sədrinin müavini bildirib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

O əlavə edib ki, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqçıl layihələrində iştirak edir.

Çıxış edən natiqlər H.Əliyevin hakimiyyətə gəlişindən sonrakı ilk illərdə dövlətçiliyimizə edilən təhdidlər barədə məlumat veriblər. Natiqlər birmənalı olaraq bildiriblər ki, məhz Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan həm daxildən, həm də xaricdən gözlənilən təhdidlərdən xilas ola bildi. Onun rəhbərliyi altında ölkədə təcili nizami ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər görülməyə başlanıldı. Bununla bərabər ölkənin davamlı iqtisadi inkişafının təmin olunması istiqamətində enerji və iqtisadi strategiya hazırlanaraq həyata keçirilməyə başlanıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” neft sazişinin imzalanması ilə Azərbaycanın yeni bir erası başlanıldı. Bu müqavilənin imzalanmasından qısa zaman sonra Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Natiqlər həmçinin H.Əliyevi müasir Azərbaycan dövlətçilyini memarı hesab edərək bəyan ediblər ki, məhz onun uzaqgörən və bu siyasətin uğurlu davamçısı İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində dünyada böyük nüfuz qazanmış ölkəyə çevrildiyini qeyd ediblər. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan topraqlarını işğal edən Ermənistan iqtisadi blokada şəraitinə salınıb. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir transmilli layihə realaşdırılmır. Həyata keçirilən layihələrin ya təşəbbüskarı və yaxud da birbaşa iştirakçısı Azərbaycandır. Azərbaycanda enerji layihələri ilə yanaşı tarnzit yükdaşımaları ilə bağlı reallaşdırılan logistik layihələr nəticəsində Qərblə Şərq arasında deyil,eyni zamanda Şimalla Cənub, Qərblə Cənub arasında əlaqələndirici bir ölkəyə çevrilib. Bünövrəsi H. Əliyev tərəfindən qoyulan bu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Uzaq Şərqdən və Hindistandan yüklərin Azərbaycan üzərindən keçməklə birbaşa Qərbi, Şimali Avropaya və oradan geriyə daşınması mümkün olub. Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində isə çoxsaylı neft və qaz layihələri rallaşdırılıb. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi iri layihələr realaşdırmaqla bir daha dünyanın enerji təhlükəsizliyinin, o cümlədən enerji resurslarının şaxələndirilmiş formada dünya bazarına çıxarılmasına öz müstəsna töhfəsini verməkdədir.

Toplantı iştirakçıları bu baxımdan mayın 27-də Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışının Azərbaycan dövlətçilyi üçün müstəsna əhəmiyyətə malik bir laiyhə adlandırıblar. Onlar bu layihələrin təkcə ölkə iqtisadiyyatına deyil, eyni zamanda Azərbaycanın və ümumlikdə bölgənin təhlükəsizliyi, sabitliyi baxımdan müstəsna əhəmiyyət kəsb etdiklərini qeyd ediblər. Sonda Milli Qurtuluş günü ilə bağlı təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Mürtəza
Avropa.info

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər