Ərdoğandan Məhərrəm İncəyə: “Bunlardan xəbərin yoxdurmu?”

Ərdoğandan Məhərrəm İncəyə: “Bunlardan xəbərin yoxdurmu?”

Trabzon mitinqdə çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-dən prezidentliyə namizəd Məhərrəm İnciyə səslənib.

Avropa.info-nun məlumatına görə, Ərdoğan CHP-nin namizədinə məktəblilərə dərs kitablarını pulsuz verildiyini deyib.

“Bir zamanlar siniflərdə 80 və 100 olan şagird sayını indi 30-a endirdik. Bunlardan xəbərin yoxdurmu, Məhərrəm?”- deyə o, İncəyə xitab edib.

Ərdoğan son illərdə Trabzona yatırılan sərmayə haqqında danışaraq deyib ki, son 16 ildə Trabzona 28 katrilyon TL sərmayə yatırılıb: “Bu, boş söz deyil. Trabzonda 2 universitet, 8880 nəfərlik yataqxana, 41 min yerlik Şenol Günəş stadionu tikdik”.

Ərdoğan çıxışı zamanı yenə də müxalifəti tənqid atəşinə tutraq bildirib ki, onlar onun qiratəxana haqında səsləndirdiyi fikri qumarxana kimi başa düşür: “Ancaq bunlar qiraətxananın kitab oxuma yeri olduğunu hələ də anlamırlar. Biz bundan sonra gənclərimizi oxuma mədəniyyətini aşılayacağıq”.

Ərdoğan, eyni zamanda, Ərzincandan Trabzona sürət qatarı layihəsinin gerçəkləşdirəcəklərini bildirib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər