Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar – Fotolar

Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar – Fotolar

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Qurumun mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, Musiqili Teatr iyunun 15-də   “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev), 16-da “Hacı Qara” (M.F.Axundzadə), 17-də isə “Talelər qovuşanda” (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatr kollektivi iyunun 14-də  saat 10:30-da “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar –əməkdar artistlər  Novruz  Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Anton Ferştand aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Nadejda Povelitsina, Gülnarə Əzizova, Pərviz Məmmədov, Məhərrəm Qurbanov,  Nicat Əli, Emil Heydərov, Gültac Əlili, Hüseyn Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əmrah Dadaşov, Ağaxan Şərifov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Telnaz Hüseynova,  Elməddin Dadaşov, Fərid Rzayev  və başqaları iştirak edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı Ramazan Bayramı günlərini   yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər