Türkiyə ordusundan mühüm əməliyyat: Hərbçilər İran sərhəddinə doğru irəliləyir – Strateji yüksəklik ələ keçirildi

Türkiyə ordusundan mühüm əməliyyat: Hərbçilər İran sərhəddinə doğru irəliləyir – Strateji yüksəklik ələ keçirildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında PKK terrorçularına qarşı mübarizəsi davam edir.

Avropa.info xəbər verir ki, TSQ Qəndilə doğru əməliyyat çərçivəsində əməliyyatı İran sərhədi istiqamətində başladıb.

İran sərhədi istiqamətində əməliyyatı davam etdirən Türkiyə ordusu artıq İranla sərhəddəki strateji Şefik dağını ələ keçirib.

Bununla da TSQ Hakurk və Hinere bölgəsini nəzarətə götürüb. Türkiyə ordusu hazırda Del və Avdel Kovi dağları arasındakı mövqelərdə qərarlaşıb.

Bununla yanaşı, TSQ hazırda PKK-nın ən böyük düşərgələrindən biri olan Şırnakla sərhəd bölgəsinə Haftani ərazisinə əməliyyat planını hazırlayır.

Türkiyə ordusu Qəndilə doğru əməliyyata hazırlıq işlərini görməkdədir. Bu məqsədlə jandarm xüsusi təyinatlıları və özəl əməliyyat qrupları, polis xüsusi təyinatlıları İraqla sərhəd əraziyə toplanmaqdadır. Şimali İraqda vəziyyəti nəzarətdə saxlamaq üçün 20 hərbi düşərgə yaradılıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər