İmişlidə qısa müddətdə 10 tona yaxın barama istehsal olunub

İmişlidə qısa müddətdə 10 tona yaxın barama istehsal olunub

İmişlidə barama tədarükü uğurla davam edir.

Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayonun kümçüləri qısa müddətdə 9 ton 845 kiloqram barama tədarük ediblər. Məhsul “Azəripək” MMC tərəfindən qəbul olunur.

Rayon icra hakimiyyətindən Avropa.info-ya verilən məlumata görə, bu mövsüm rayonda 134 kümçü ilə müqavilə bağlanılıb, onlara 390 qutu (7 kiloqram 410 qram) ipəkqurdu toxumu paylanılıb. İşi müvəffəqiyyətlə başa çatdıran rayon kümçüləri artıq bir neçə gündür ki, əldə etdikləri məhsulun tədarükü ilə məşğuldurlar. Barama tədarükündə rayonun Bəhrəmtəpə qəsəbə, Göbəktala, Cəfərli, Telişli, Özcələr və Məzrəli kəndlərinin kümçüləri xüsusilə fəallıq göstərirlər. Bəhrəmtəpə qəsəbə sakini Rəafil Həsənov bu mövsüm ailə üzvləri ilə birlikdə 3 qutu ipəkqurdu bəsləyib. Kümçü bu günə kimi tədarük məntəqəsinə 142 kiloqram barama təhvil verib. O, bundan sonra daha 30 kiloqram barama tədarük edəcəyini bildirib.

Qeyd edək ki, bu il rayonda 15 ton barama tədarük etmək nəzərdə tutulub.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər