“Türkiyədəki seçkinin favoriti Ərdoğandır” – Politoloq

“Türkiyədəki seçkinin favoriti Ərdoğandır” – Politoloq

“Türkiyənin hakim AKP-nin, yaxud onun lideri olan Rəcəb Tayyib Ərdoğanın nüfuzundan asılı olmayaraq, bu ölkədə seçki kampaniyaları hər zaman maraqlı keçir. Bu halı onunla izah eləmək olar ki, Türkiyə daxili siyasi sistemdə hər zaman rəqabət elementləri mövcud olub. Məhz buna görə bu gün də rəqabət kifayət qədər yüksəkdir və müxalifət liderləri, muxalifət partiyaları iqtidarla nəinki rəqabət aparmağa hətta liderlik səviyyəsinə qalxmağa qadirdilər”.

Bunu Avropa.info-ya açıqlamasında “Cənubi Qafqaz” Politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Türkiyə çox ciddi problemlərlə üzləşsə də, hakim AKP da bu problemləri həll edərkən daha çox tənqidlə üzləşir.

Seçkinin taleyinin birinci turda və yaxud ikinci turda həll olunacağına gəldikdə isə politoloq bildirib ki, ikinci tur istisna deyil: “Bunu hətta Rəcəb Tayyib Ərdoğan da mitinqlərdə çıxışlarında səsləndirib. İkinci turun baş verməməsi və məsələnin birinci turda həll olunması məqsədi ilə AKP iqtidarı xalqı sandığa səsləyir”.

O, əlavə edib ki, ikinci tur olarsa, o zaman mübarizə hakim AKP namizədi Rəcəb Tayyib Ərdoğanla CHP namizədi Məhərrəm İncə arasında gedəcək. “Bütün hallarda Türkiyədəki seçkinin favoriti Ərdoğandır və onun qalib olma şansı daha yüksəkdir. Gözləntilərim ondan ibarətdir ki, birinci turda Ərdoğan lazımi səsi toplamaqla növbəti yeddi il üçün prezident kürsüsünü qoruyacaq”,- İ.Vəlizadə bildirib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər