“Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatdı – Foto

“Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatdı – Foto

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyilə “Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihənin icrasını başa çatdırıb (15.042018-15.07.2018). Avropa.info xəbər verir ki, layihənin məqsədi  kənd rayonlarında gənclərin qadın hüquqları sahədində maariflədirilməsidir.

Bu məqsədlə  Bərdə (Alı Mustafayev adına məktəbdə), Tərtər (şəhər 6 saylı orta məktəbdə), İsmayıllı (şəhər 5 saylı orta məktəbdə), Qəbələ (Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində) rayonlarında  gənclər  üçün  maarifləndirmə seminarları keçirilib. Seminarlarda orta məktəblərin yuxarı sinif şagirdləri, kolleg və texniki peşə məktəblərin şagirdləri iştirak ediblər. Seminarlar rayon icra hakimiyyəti orqanlarının dəstəyilə təşkil edilib və bütün tədbirlərdə rayon icra hakimiyyəti orqanlarının nümayyəndləri, müvafiq təhsil qurumlarının rəhbərləri və müəllimləri də iştirak ediblər.

Seminar   iştirakçıları dünyada və Azərbaycanda qadınların vəziyyəti, insan haqlarının tərkib hissəsi olaraq qadın hüquqlarının mahiyyəti, qadın hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi mexanizmləri və qadın hüquqlarının qorunması təcrübəsi ilə tanış olublar. Seminarlar interaktiv keçirilib, müzakirələrlə müşayət edilib. Müzakirələrdə müəllimlər də fəal iştirak ediblər. Seminarlarda gənc oglan və qızların birgə iştirakı da tədbirlərin  daha maraqlı keçməsinə şərait yaradıb.

Seminar iştirakşılarına maarifləndirmə bukletləri, həmçinin üzərində “Azərbaycan Xalq Cümhuriyyəti-100” yazısı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  embleması olan qələmlər-xatirə hədiyyələri paylanıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər