Türkiyədə seçkilər : Rəcəb Tayyib Ərdoğan və “Cumhur İttifaqı” seçkilərin qalibidir (CANLI YAYIM izləyin, Yenilənib)

Türkiyədə seçkilər : Rəcəb Tayyib Ərdoğan və “Cumhur İttifaqı” seçkilərin qalibidir (CANLI YAYIM izləyin, Yenilənib)

Avropa.info xəbər verir ki, artıq seçicilərin 90 faizinin səsi sayılıb. 

Rəcəb Tayyib Ərdoğan 53,39 faizlə Türkiyənin yeni prezidenti seçilib. CHP-nin namizədi İncə 30,38, Akşənər 7,47 , Demirtaş 7,67  faiz səs toplayıblar.

Parlament seçkilərində isə “Cumhur İttifaqı” 54, 47 (AK Partiya 43,11 , MHP 11, 36) , “Millət İttifaqı” 33, 76 (CHP 22, 37, İyi partiya 10,1 , Səadət partiyası 1, 38) , HDP 10, 75 faiz səs alıblar.

**

Avropa.info xəbər verir ki, seçicilərin 83.4 faizinin səsi açıqlanıb. Bu nəticələrə görə Ərdoğan 54 ,  İncə -30, Akşənər 7,5, Demirtaş 7,4 faiz səs alıb.

Parlament seçkilərində isə 44,9 faiz, MHP 11,7 , CHP 21, 1 , İYİ partiya 9,7 , HDP 9,8 faiz səs alıblar.

 

***

Avropa.info xəbər verir ki, seçicilərin 63,2  faizinin səsi açıqlanıb. Bu nəticələrə görə, 55,8 faiz Ərdoğan, 29 faiz İncə, 7,5 faiz Akşənər, Demirtaş 6.6 faiz səs alıb.

Parlament seçkilərində isə AK Partiya 43,9 , MHP 11,9 , CHP 20,6 , İYİ partiya 9,6, HDP 9,6 faiz səs alıblar.

***

Avropa.info xəbər verir ki, seçicilərin 57 1 faizinin səsi açıqlanıb. Bu nəticələrə görə, Ərdoğan 56.8 , Məhərrəm İncə 28.4,  Akşənər 7.5 , Demirtaş 6.2 faiz səs alıblar.

Parlament seçkilərində isə AK Partiya 47. 7, MHP 12, 3 , CHP 18,9 , İyi partiya 9,2 , HDP 8.8 faiz səs alıblar.

***

Avropa.info xəbər verir ki, seçicilərin 33 faizinin səsi açıqlanıb. Bu nəticələrə görə, Ərdoğan 57, 7 faiz , Məhərrəm İncə 27,8 , Meral Akşənər 7,5 , Səlahəddin Demirtaş 5,8 .

Parlament seçkilərində isə AK Partiya 50,2 , MHP 12,9 , CHP 16, 8 , İYİ partiya 8,8 , HDP 8 faiz səs alıblar

***

Avropa.info xəbər verir ki, YSK seçkilərin ilkin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, Ərdoğan 59, 1 faizlə öndədir. İkinci yeri 26,5 faizlə Məhərrəm İncə, 3-cü yeri 7, 7 faizlə Meral Akşənər, Səlahəddin Demirtaş 5,6 faizlə 4-cü yer tutub. Qeyd edək ki, seçki qutularının 20 faizi açılıb.

Parlament seçkilərində isə 53, 5 faizlə AK Partiya, MHP 13,2 , CHP 14,6 , İYİ Partiya 8,2, HDP 6,9 .

***

Türkiyədə keçrilən prezident və parlament seçkilərində səsvermə başa çatıb. 

Avropa.info xəbər verir ki, Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, Türkiyədə saat 08:00-dan başlayan səsvermə prosesi 17:00-da tamamlanıb.

Seçicilər Türkiyə daxilində qurulan 180 min 65 məntəqədə səs veriblər.

Hazırda səslər sayılır.

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər