“Bu seçkinin qalibi millətimizin özüdür” – Ərdoğan Ankarada balkon çıxışı etdi

“Bu seçkinin qalibi millətimizin özüdür” – Ərdoğan Ankarada balkon çıxışı etdi

“Bu seçkinin qalibi milli iradədir, millətimizin özüdür. Hansı partiyaya səs vermiş olursa olsun, seçkiyə gedərək  hüququndan istifadə edən hər bir vətəndaşa təşəkkür edirəm”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada balkon çıxışı zamanı deyib. Ərdoğanın çıxışından bəzi hissələri təqdim edirik:

“Heç bir narahatlığınız olmasın, bəşər planların önündə əyilmədik. Yalnız və yalnız Allahın hüzurunda ruküda və səcdədə əyildik.

Bir az daha erkən saatlarda sizlərlə birlikdə olardım. Ancaq bir qəza nəticəsində kiçik bir övladımız ağır yaralandı. Onu xəstəxanada  ziyarət etdim, əməliyyata girənə qədər ailəsi ilə görüşdüm və ailələrindən icazə alaraq Ankaraya gəldim.

Hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Sizlər durmaq yox, yola davam dediniz.

Vandallara və xəyanət dəstələrinə qarşı birgə çıxdıq, əllərini ovuşduraraq Türkiyənin diz çökməsini gözləyənlərin dərslərini birlikdə verdik.

Dünən çevrilişçilərin tanklarını, toplarını, təyyarələrini, vertolyotlarını, silahlarını yalın əlləri ilə dayandıran bu millət, bu gün eyni əllərlə istiqlalına və gələcəyinə sahib çıxmışdır.

Amerikadakı səslərə baxıram, oradan ana müxalifətə səs gəlib. Hələb oradasa arşın sandıqdadır.

Bu seçkinin qalibi milli iradədir, millətimizin özüdür. Hansı partiyaya səs vermiş olursa olsun, seçkiyə gedərək hüququndan istifadə edən hər bir vətəndaşa təşəkkür edirəm.

Mənə, partiyama etibarən bütün qardaşlarıma, millətimə minnətdarlığımı bildirirəm. Cənab Baxçalıya təşəkkür edirəm. Eyni şəkildə Möhsün Yazıcıoğlunun yadigarı Alpərənlərə təşəkkür edirəm.

Dərhal, sabahdan etibarən millətimizə verdiyimiz sözləri yerinə yetirmək üçün işə başlayırıq. Nazirlərimizi, ictimai-siyasi xadimlərimizi müəyyən edib proqramımızı həyata keçirməyə başlayacağıq.

Türkiyə tərcihini PKK-dan FETÖ-yə qədər bütün terror təşkilatları ilə qərarlı bir şəkildə mübarizə etməkdən yana istifadə etdi.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaraya sabah gedəcəyi və balkon çıxışını sabah edəcəyi bildirilmişdi.

Avropa.info türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın Ankaraya getmək üçün yola düşdüyü bildirilir.

Balkon çıxışı Binəli Yıldırımla başlayacaq, sonradan Ərdoğan da çıxış edəcək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər