CHP-lilər etiraza qalxdılar – Partiya rəhbərliyinin istefasını tələb edirlər (Foto)

CHP-lilər etiraza qalxdılar – Partiya rəhbərliyinin istefasını tələb edirlər (Foto)

Türkiyədə prezident və parlament seçkilərinin nəticələrindən narazı qalan CHP-nin əsasən gənclər təşkilatları partiya rəhbərliyinə yaxşı seçki kampaniyası təşkil etmədiklərinə etiraz olaraq aksiya keçiriblər.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP Mərkəzi qərargahının önünə toplaşan bir qrup partiya üzvü və gənclər seçkinin yekun nəticəsindən narazı qaldıqlarını bəyan ediblər. Partiya üzvləri yaşanan məğlubiyyətinin səbəbini partiya rəhbərliyində gördüklərini ifadə ediblər.

Nəticədən narazı qalan CHP-lilər partiya rəhbərliyinin əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar CHP rəhbərliyinin istefasını tələb ediblər.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər