Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları layihəsi

Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları layihəsi
Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımaları üçün azad tranzit sazişinə qayıtmaq niyyətindədir.
Avropa.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya Dövlət Dumasının sədəri Vyaçeslav Volodinin rəhbərliyi altında Rusiya nümayəndə heyətinin Azərbaycanda keçirdiyimiz görüşlərdə müzakirə olunub.
“Keçirilən görüşlər zamanı Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişə yenidən qayıtmaq barədə razılığa gəldik. Bununla da iki ölkə arasındakı daşımalar problemini həll etməkdir. Beləliklə tranzit daşımalar Rusiyada və Azərbaycanın icazə sistemi olmadan, azad olmalıdır”- deyə, Moskviçev jurnalistlərə bildirib.
O əlavə edib ki, bununla da yüklərin daşıma həcmi İrandan Azərbaycana və Rusiyaya dəfələrlə artacaq. O deyib ki, bu mövzu Duma sədr V. Volodinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü zamanı müzakirə olunub.
Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər