Ermənilər ayağa qalxdı: Yerevan meriyası yenidən mühasirəyə alındı

Ermənilər ayağa qalxdı: Yerevan meriyası yenidən mühasirəyə alındı

Yerevan meriyasının girişləri yenidən etirazçılar tərəfindən bağlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar Yerevan meri Taron Markaryanın istefasını tələb ediblər. Onlar meriya binasından heç kimin çıxmasına imkan verməyiblər.

Qeyd edək ki, etirazlara əsas səbəb dünəndən etibarən Ermənistan mətbuatında Markaryan haqqında yayılan məlumatlar olub. Bu məlumatlarda Markaryanın dövlət vəzifəsində olduğu müddət ərzində hansı əmlaklara sahibləndiyi yer alıb.

Markaryan Respublika Partiyasının hakimiyyətdə olan yeganə təmsilçisidir. Ermənistanın baş naziri Nikol Paşinyan Markaryanın istefaya göndərilməsi üçün ona qarşı təzyiqləri artırıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər