Volodin Bakıda: “Azərbaycan Qarabağ məsələsində həmişə düzgün və konstruktiv mövqe tutub”

Volodin Bakıda: “Azərbaycan Qarabağ məsələsində həmişə düzgün və konstruktiv mövqe tutub”

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Bakıda rəsmi görüşlər keçirir. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolundan danışıb. Bildirib ki, Moskva münaqişənin dinc nizamlanmasının tərəfdarıdır.

“Rusiya münaqişənin dinc yolla nizamlanması üçün çalışır, ona görə də gəlin bu istiqamətdə hər şeyi edək və bundan çıxış edək ki, kim münasibətlərin kəskinləşməsinə çalşırsa, kim xalqın sülh içində yaşamaq arzusunu və sözlərini eşitmirsə, əlbətdə, gərginlik yolu ilə gedir. Biz bu yolun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”-Volodin deyib.

Dövlət Dumasının spikerinin sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında eskalasiyaya aparan müxtəlif halların qarşısını almaq üçün mümkün olanı etmək lazımdır. “Bununla bağlı deyə bilərəm ki, Azərbaycan həmişə düzgün və konstruktiv mövqe tutub. Biz gələcəkdə də belə olacağına ümid edirik”-Volodin əlavə edib.

Vyaçeslav Volodin Dövlət Duması ilə Azərbaycan Milli Məclisinin yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması təklifini də irəli sürüb.

“Dövlət Duması və Azərbaycan Milli Məclisinin yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması doğru olardı və biz belə formatın yaradılmasını təklif edirik. Komissiyaya müavinlərimiz rəhbərlik edə bilər”, – V.Volodin deyib.

O, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişafına daha çox töhfə vermək üçün ölkə parlamentlərinin yeni iş formatları hazırlamasının vacib olduğunu qeyd edib.

Dövlət Duması sədrinin sözlərinə görə, belə komissiya hər iki ölkənin vətəndaşlarını narahat edən məsələlərin həllinə nail olmalı, konkret mövzuları müzakirə etməlidir: “Bu, dövlətlərimiz arasındakı əlaqələrin inkişafına töhfəmiz olacaq”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər