“Hesabı deyəni edam etdirəcəyəm” – Matça baxa bilməyən şahzadə – FOTO

“Hesabı deyəni edam etdirəcəyəm” – Matça baxa bilməyən şahzadə – FOTO

Britaniya şahzadəsi Uilyam Yaxın Şərq ölkələrinə rəsmi səfərə çıxıb. 36 yaşlı Kembric şahzadəsi dünən İordaniyada idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onu Kraliça Aliyə beynəlxalq hava limanında İordaniyanın vəliəhd şahzadəsi, 23 yaşlı Hüseyn bin Abdulla qarşılayıb.

Şahzadələr Britaniya kraliçası 2-ci Yelizavetanın ad günü münasibətilə Əmmanda təşkil olunmuş təntənəli qəbula qatılıblar.

Daha sonra şahzadə Uilyam İordaniyanın vəliəhd şahzadəsinin yaratdığı və rəhbərlik etdiyi Fondun nəzdində fəaliyyət göstərən FabLab laboratoriyasında olub.

Bu gün şahzadə Uilyam qədim Ceraş şəhərindəki arxeoloji muzeyə yollanacaq.

Yaxın Şərqə 5 günlük turne zamanı şahzadə Uilyam sabah İsraildə ölkə rəhbərliyi, sonra isə Fələstində lider Mahmud Abbasla görüşəcək.

Səfərdə olduğu üçün Rusiyada keçirilən DÇ-2018-də oynanmış İngiltərə-Panama matçının translyasiyasına baxa bilməyən şahzadə Uilyam qarşılaşmanın videoyazısına Əmmandakı kral iqamətgahında şahzadə Hüseynlə birlikdə baxıb.

Maraqlıdır ki, matç başlayan zaman şahzadə Uilyam zarafatla “Bu oyunun hesabını mənə deyəni edam etdirəcəyəm!” söyləyib. O, matçın videoyazısına baxanadək hesabdan bixəbər qalmaq istəyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər