Generalın oğlu da məsuliyyətə cəlb olundu

Generalın oğlu da məsuliyyətə cəlb olundu

Ermənistanın Xüsusi İstintaq Komitəsi general-leytenant Manvel Qriqoryanın oğlu Karen Qriqoryana ittiham irəli sürüb.

Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş Manvel Qriqoryanı iyunun 16-da Milli Təhlükəsizlik Xidməti tutub. O, qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Generala məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb.

Milli Məclisin üzvü olan generalın toxunulmazlığının ləğvinə parlament iyunun 19-da razılıq verib, həbs qərarını həmin gün paytaxt Yerevanda məhkəmə çıxarıb.

Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan Ordusunda korpus komandiri olub. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.

2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qriqoryanın oğlu Karen Qriqoryan iyunun 18-də Eçmiədzin meri postundan istefa verib.

Novator.az-ın məlumatına görə, iyunun 23-də Ermənistanın Xüsusi İstintaq Komitəsi Karen Qriqoryana ittiham irəli sürüb. İstintaq üzə çıxarıb ki, 2016-cı ilin mayında Karen Qriqoryan atası ilə və başqa şəxslərlə əlbir olaraq Rusiyadakı erməni diasporunun Dağlıq Qarabağa göndərdiyi UAZ markalı üç avtomobili mənimsəyib. Avtomobillər Eçmiədzində, Manvel Qriqoryana məxsus ərazidə aşkarlanıb.

Karen Qriqoryan haqqında başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər