Əfqanıstanla “Taliban” Bakıda anlaşacaq

Əfqanıstanla “Taliban” Bakıda anlaşacaq

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.

Bunu Avropa.info-nun sorğusuna cavab olaraq XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

H.Hacıyev qeyd edib ki, 28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.

Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Ğani Talibanla sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər