NATO-nun Qarabağla bağlı yekun sənədi İrəvanı məyus edib – Erməni politoloq hakimiyyəti bacarıqsızlqıda ittiham etdi

NATO-nun Qarabağla bağlı yekun sənədi İrəvanı məyus edib – Erməni politoloq hakimiyyəti bacarıqsızlqıda ittiham etdi

İrəvan NATO-nun iyulun 11-12-də Brüsseldə keçiriləcək Zirvə toplantısına ümidlər bəsləsə də, sammitin yekunu Ermənistanı çox ciddi məyus edib və gözləntilərini doğrultmayıb. Belə ki, NATO-nun Zirvə toplantısı rəsmi İrəvanın Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Avropa strukturlarının Ermənistan qarşı siyasətində kardinal dəyişikliklərin olacağına ümid etsə də, belə demək mümkünsə, ümidlər puça çıxıb.

Avropa.info xəbər verir ki, gözləntilərin özünü doğrultmamasını Ermənistanın yeni baş naziri Nikol Paşinyan özü də dolayısı ilə bəyanatlarında etiraf edib.

N.Paşinyan açıq etiraf edib ki, Avropa strukturlarının İrəvana siyasəti elə 3-4 ay bundan öncəki siyasətdən fərqli deyil. Ermənistanın Avropadan olan gözləntilərinin doğrultmamasını və yürütdüklərini siyasətin fiaskoya uğramasını erməni politoloq və ekspertlər özləri də açıq ifadə etməkdədirlər.

Erməni ekspert və politoloqlar İrəvanın fiaskosu fonunda Azərbaycan diplomatiyasının uğurunu da etiraf edirlər. Erməni ekspertlər NATO-nun son sammitində daha çox Azərbaycan üçün faydalı olduğunu qeyd ediblər.

Elə İrəvanın uğursuz xarici siyasəti barədə Ermənistanın populyar 1in.am portalına müsahibə verən Ermənistan Beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun direktoru, politoloq Stepan Safaryan deyib ki, NATO-nun son sammitində İrəvanın gözləntiləri özünü doğrultmayıb. O deyib ki, bu sammit heç də əvvəlki toplantılarından Ermənistan üçün fərqlənməyib.

“Çünki sammitin yekun sənədində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü. Suvertenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli məsləsi öz əksini tapıb ki, bu heç də İrəvanın maraqlaırna cavab vermir. Bu, əksinə, Azərbaycan üçün geniş imkanlar açır”– deyə, S. Safaryan vurğulayıb.

Erməni politoloqun fikrincə, NATO-nun bu sənədi münaqişəni Azərbaycanın xeyrinə həllinə imkan açır. “Ona görə ki, yekun sənəddə əksini tapan prinsiplər belə şərhlərə və hərəkətlərə meydan açır. Biz bilirik ki, Azərbaycan beynəlxalq təşkilatların münaqişənin həllində açıqladıqları beynəlxalq hüquq normalarının selektiv tətbiqnə çalışmağa çalışsınlar. Qorxuram ki, onlar NATO-nun Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini əsas gətirərək, hansısa hərəkətlərə yol versinlər. Bu baxımdan da İrəvan belə müddəaların sənəddə əksini tapmaması üçün İrəvan hansı addımları atıb, bilmirəm”-deyə, o bildirib.

Erməni politoloq İrəvanın bu istiqamətdəki səylərini tənqid edərək hansı səylərin göstərildiyindən xəbərsiz olduğunu deyib: “Lakin belə bir müddəaların NATO-nun yekun sənədində əksini tapması olmamalıydı. Hesab edirəm ki, görülən işlər qənaətbəxş deyil. Bu, bir daha hakimiyyətin səriştəsizliyinin göstəricisidir”.

Safaryan Azərbaycan bundan yararlanıb hərbi əməliyyatlara başlamasını da istisna etməyib. “Ona görə də İrəvan çox ehtiyatlı və diqətli olmalı idi. Burada digər məqam ondan ibarətdir ki, Türkiyə NATO-da Azərbaycanın maraqlarına təmin olunmasına çalışır. Bu, sirr deyil və gözlənilən idi. Bu dəfə də Türkiyə prezidenti bəyan edib ki, NATO öz qardaşı ilə gedir. Yəni Azərbaycan prezidenti İlham Əliyevlə…”– Safaryan vurğulayıb.

O deyib ki, Türkiyə əvvəlki toplantılarda NATO-nun Azərbaycan qarşısında öhdəlikləri icra etməməkdə qınayıb: “Odur ki, İrəvan şansını əldən verib. Mən bunu təcrübəsizliyin, bacarıqsızlığın nəticəsi hesab edirəm. Ermənistanın bu sammitdən gözləntiləri olsa da imkanlardan yararlanmayıb. ən azından mən belə düşünürəm”.

Hazırladı Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər