Bakının Ukrayna dairəsində təmir işləri bir həftə davam edəcək

Bakının Ukrayna dairəsində təmir işləri bir həftə davam edəcək

Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək.

Bu barədə Trend-ə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: “Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur”.

Xatırladaq ki, iyulun 10-dan etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, həmin istiqamətdə hərəkət edən 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. – Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi – Xudu Məmmədov küçəsi – Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küçəsi – Sarayevo küçəsi – Telnov küçəsi – Neapol dairəsi istiqamətində hərəkət edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər