Senator Trampa qarşı: ABŞ prezidentini Putinlə görüşdən imtina etməyə çağırır

Senator Trampa qarşı: ABŞ prezidentini Putinlə görüşdən imtina etməyə çağırır

“ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşdən imtina etməlidir”.

Avropa.info NBC News-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Senatında azlıqda olan demokratların lideri Çak Şumer çıxış edib.

Senator belə bir bəyanatla ABŞ hüquq-mühafizə orqanlarının Rusiyanın 12 kəşfiyyatçısına qarşı ittiham irəli sürülməsi xəbərindən sonra çıxış edib.

Şumerin sözlərinə görə, bu ittiham bir daha Rusiyanın 2016-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə olan müdaxiləsinin sübutudur.

Senatorun fikrincə, Rusiya nə qədər ki, açıq və şəffaf addımlar ataraq, gələcək seçkilərə müdaxilə etməyəcəyini sübut etməyənədək ABŞ prezidenti bu görüşü təxirə salmalıdır.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər