Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib

Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib

Türkiyədə Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Nazirliyinin birbaşa tabeliyinə verilib.

“Resmi Gazete”də yayımlanan məlumata görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanda əksini tapıb.

Türkiyə Ali Hərbi Şurasının strukturu da dəyişib. Türkiyə prezidentinin müavinləri, xəzinə və maliyyə naziri, təhsil naziri Ali Hərbi Şuranın üzvü olacaq. Ali Hərbi Şura isə Türkiyə prezidentinin müəyyənləşdirəcəyi prezident müavininin çağırışı ilə ildə ən azı bir dəfə toplanacaq. Prezident də lazım olan zaman Ali Hərbi Şuranın iclasını çağıra biləcək.

 

 

 

apa

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər