Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçının Azərbaycana əsir düşdüyünü təsdiqləyib

Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçının Azərbaycana əsir düşdüyünü təsdiqləyib

Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyü təsdiqləyib.

1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karen Kazaryan Tavuş vilayətinin Berdavan kənd sakinidir.

Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.

Azərbaycanın Müdafiə Nazirliyi iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi barədə məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər