Əməkdaşlıq dayandırıldı – İrana daha bir zərbə

Əməkdaşlıq dayandırıldı – İrana daha bir zərbə

Fransanın “Scor” sığorta şirkəti bəyanat yayaraq İranla əməkdaşlığı dayandırdığını bildirib.

Bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Mərkəzi ofisi Parisdə yerləşən şirkətin yaydığı bəyanatda bildirilir ki, Tehranla əməkdaşlığa son qoyulması ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır:

“İndiki həssas şəraiti nəzərə alaraq, biz İranla yeni müqavilələr imzalamaq və ya ölkələrimiz arasındakı mövcud müqavilələrin vaxtını uzatmaq niyyətində deyilik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan etməsindən və əvvəlki sanksiyaların bərpa edilməsindən sonra onlarla beynəlxalq şirkət və bank İranla əməkdaşlığı dayandırıb.

 

 

 

teleqraf.com

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər