Argentina baş məşqçi ilə müqaviləyə xitam verdi

Argentina baş məşqçi ilə müqaviləyə xitam verdi

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə edib.

AFA-nın nümayəndələrinin X.Sampaolinin vəkili ilə apardıqları danışıqlar nəticəsində əldə olunan razılığa əsasən mütəxəssisə 2 milyon dollar təzminat ödəniləcək. X.Sampaolinin vəzifəsindən ayrılacağı dəqiq tarix açıqlanmayıb.

Xatirladaq ki, Argentina milli komandası Rusiya keçirilən dünya çempionatının “D” qrupunda İslandiya (1:1), Xorvatiya (0:3) və Nigeriya (2:1) milliləri ilə qarşılaşıb. Üç oyunda 4 xal toplayaraq qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Argentina millisi bu mərhələdə Fransa yığmasına 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

 

 

 

axar.az

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər