Ermənistandakı rus əsgərləri erməniləri elə qorxutdu ki…

Ermənistandakı rus əsgərləri erməniləri elə qorxutdu ki…

Ermənistanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçiləri Şikraskiy rayonunun Panik kəndi ərazisində keçridiyi hərbi təlim kənd sakinlərini dəhşətli dərəcədə qorxuya salıb. Kənd sakinləri müharibənin başladığını düşünüblər və təcili evlərini tərk ediblər.

Avropa.info “Avarot”a istinadən xəbər verir ki, 102-ci bazaya məxsus 30-dək rus hərbçisi kəndin yollarını bağlayaraq, hərbi bazaya məxsus maşın karvanın qarşısını kəsərək, yaylım atəş açmağa başlayıblar.

Kənd sakinləri nə baş verdiyindən xəbərsiz olduğundan təcili evlərini tərk ediblər.

Hadisə şahidlərinin dediyinə görə, bu atışma səslərindən hətta bir çox qadın və uşaq huşunu itirib.

Təlimlə bağlı kənd sakinləri xəbərdar edilmədiyinə görə, sakinlər bunu özlərinə qarşı hörmətsizlik əlaməti kimi qiymətləndirib. Hətta hərbçilərlə kənd sakinləri arasında mübahisə yaranıb.

Rus hərbçiləri özlərini təmkinli apararaq, vəziyyəti onlara izah etməyə çalışıb. Kənd icra nümayəndəsi də baş verən olaylardan narazılığını bildirərək deyib ki, ağır hərbi texnika kəndin küçə və yollarını dağıdıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər