Zərdabda İcra Hakimiyyəti qarşısında özünü yandırmağa cəhd etdiyi iddia olunan şəxs danışdı : “Özümü yandırmağa cəhd etməmişəm, sadəcə…” (Video, Foto)

Zərdabda İcra Hakimiyyəti qarşısında özünü yandırmağa cəhd etdiyi iddia olunan şəxs danışdı : “Özümü yandırmağa cəhd etməmişəm, sadəcə…” (Video, Foto)

Mediada iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilovun həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd etməsi haqda məlumatlar yayılıb.

Avropa.info-ya açıqlama verən Rasim Qəbilov isə yayılan məlumatların yanlış olduğunu bildirib.

“Bir çox saytlarda mənim guya həyətyanı sahəmə su verilməməsi ilə bağlı özümü yandırmağa cəhd göstərməyim barədə məlumatlar gedib. Mən bu yazıların doğru olmadığını bildirirəm. İyulun 17-də rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək, kəndi su ilə təmin edən motorun sındığını, buna görə də içməli suyumuzun olmadığını bildirmişəm. Tələb etmişəm ki, bizi içməli su ilə təmin etsinlər. Həmin zaman əsəbləşdiyimdən bir qədər səsimi qaldırmışam. İcra hakimiyyətindən polis şöbəsinə zəng vurublar və məni polis şöbəsinə apararaq, izahat alıb buraxıblar.Mən özümü yandırmamışam və yandırmağa da cəhd etməmişəm”- Rasim Qəbilov müraciətində belə deyir.

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər