Rusiya DÇ-2018-in təşkilindən 11 milyard dollar gəlir əldə edib

Rusiya DÇ-2018-in təşkilindən 11 milyard dollar gəlir əldə edib

Rusiya futbol üzrə 2018-ci il dünya çempionatının (DÇ) təşkilindən 850 milyard rubl (təxminən, 11 milyard dollar) gəlir əldə edib.

Bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının rəhbəri Mayya Lomidze təşkil etdiyi mətbuat konfransında bildirib.

Rusiya mundialın təşkili üçün, təqribən, 12 milyard dollar xərcləyib.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçirilib. Yarışın qalibi Fransa yığması olub.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər