Putin Azərbaycanın yaxın dostunu mükafatlandırdı

Putin Azərbaycanın yaxın dostunu mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putinin rəhbəri olduğu Rusiya Milli İttifaqı tərəfindən Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, İstinye Üniversitenin Təhlükəsizlik və Müdafiə Strateji Tətbiqi və Araşdırma Mərkəzi (GÜVSAM) rəhbəri, siyasi analitik İsmail Safi “Palmira” medalı ilə təltif edilib.

Avropa.info xəbər verir ki, medalı İttifaqın Avrasiya bölgə rəhbəri Dmitri Klimov təqdim edib.

Dmitri Klimov İsmail Safini Türkiyə-Rusiya əlaqələrinin inkişafına çalışan siyasətçi olduğunu bildirib. Mükafatı siyasətçiyə özü şəxsən təqdim edib.

Qeyd edək ki, İsmail Safi “Palmira” medalına layiq görülən ilk Türkiyə vətəndaşıdır.

İsmail Safi bir müddət əvvəl Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili olub.

İsmail Safi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin sabiq rəhbəri olaraq Azərbaycanı hər zaman qardaş ölkədə və beynəlxalq arenada müdafiə edib. Qarabağ münaqişəsi və Xocalı soyıqırımı ilə bağlı bir sıra beynəlxalq tədbirlər təşkilatçısı olub. Azərbaycan və beynəlxalq mətbuata müsahibələrində Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edib.

Elnur Eltürk

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər