Kipr zəfərindən 44 il ötür : Ərbakanla Ecevit arasında Kipr mübahisəsi – Adaya ordu yeritmə əmrini kim verdi?

Kipr zəfərindən 44 il ötür : Ərbakanla Ecevit arasında Kipr mübahisəsi – Adaya ordu yeritmə əmrini kim verdi?

Türkiyə ordusunun müasir tarixdə ən möhtəşəm zəfərlərində biri olan Kipr Barış Hərəkatı zəfərindən və Kiprdə yaşayn türklərin yunan zülmüdən qurtulmasından 44 il ötür.

Avropa.info xəbər verir ki, bununla da 1974-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti yarandı. Kiprə qoşunun kimin əmri ilə yeridlməsi günümzüdək müzakirə obyektidir. Çünki həmin dövrdə Türkiyənin baş naziri Bülənt Ecevitin yunanlara qarşı ordu çıxarmaq tərəfdarı olmadığı bildirilir. Kiprə ordu yeridilməsi haqda qərarı o zaman baş nazirin müavini olmuş Nəcməddin Ərbəkanın verdiyi deyilir.

Baş nazir Bülənt Ecevit Kipr məsələsi ilə İngiltərəyə səfər edir. Baş naziri xarici ölkəyə səfər etdiyindən onun səlahiyyətlərini müavini Nəcməddin Ərbəkan icra edir. Ecevitdən fərqli olaraq Ərbəkan Kiprə ordu yeridilməsinin tərəfdarı olub. Ona görə də Kiprə ordu yeridilməsinə tərəfdar olan o zamankı ordunun Baş Qərargah rəisi ilə, müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edən Ərbakan birlikdə qərar veriblər.

Londona səfər edən baş nazir Bülənt Ecevit orada İngiltərə baş naziri Horald Vilson, xarici işlər naziri Ceyms Callaghan və Kipr məsələsi üçün Londona gəlmiş ABŞ Dövlət katibi Cozep Sisco ilə ayrı-ayrı görüşlər keçirir. Ecevit geriyə döndüyündə artıq türk ordusu Kiprə girmişdi. Ecevetin dönüşündən sonra Kiprə ikinci əməliyyatın başlanmasına ehtiyac var idi. Ecevit ikinci əməliyyatın başlanmasına qarşı çıxdı. Bu zaman yunanlarla anlaşmaya getmək istəyən Ecevitə Ərbəkan mane olur və buna imkan vermir.

Bundan sonra Kiprdə ikinci əməliyyatən başlanmasının vacibliyi qeyd olunur. Məsələ Milli müdafiə qurumunda müzakirə olunur. Bəzi bilgilərə görə Kiprə qoşun yeridilməsi üçün Ecevitlə Ərbəkan arasında 7 saat müzakirə gedib. Məlumatlara görə, Ecevit son olaraq “sizinlə bu məsələdə anlaşma asan deyil. Çünki biz CHP-lilər Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarınə sadiqik. Sizlər isə Fatehin fəth prinsipinə uyğun hərəkət edirsiniz” deyib. Ərbəkan isə Ecevitə cavabında deyir ki, Atatürk bu toplantıda olsaydı, sizin deyil, bizim təklifimiz dəstəkləyərdi:

“Çünki zamanında Hatayı fransızlardan aldığı kimi, bu gün də Kipri tamamən alaq deyərdi”– Ərbakan Ecevitə belə deyib. Məlumatlara görə, uzun sürən müzakirələrdən sonra Ərbəkan Eceviti razı sala bilib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər