İraq ordusu geri çəkildi – PKK Sincara yerləşdi

İraq ordusu geri çəkildi – PKK  Sincara yerləşdi

İraq təhlükəsizlik qüvvələri İraq-Suriya sərhəddindən çəkiləndən sonra PKK terror təşkilatının boşluqdan istifadə edərək Mosulun Sincar mahalında yerləşdiyi iddia olunur.

Mosul vilayətinin Ərəb Tayfalarının sözçüsü Məzahim Əhməd əl-Huveyt İraq ordusu sərhədi tərk edəndən dərhal sonra PKK üçün yenidən Sincarda yerləşmə imkanı yarandığını bildirib.

O Mosul camaatının PKK-nın bölgədə yerləşməsindən narahatlıq keçirdiyini, terrorçuların soyğunçuluqla məşğul olacağından ehtiyatlandıqlarını deyib.

Mosul vilayətinin Məclis üzvü Seydo Hüseyn Tatani də PKK-nın Mosulda yerləşdiyi faktını təsdiqləyərək Sincar və sərhəd bölgələrində sığınacaqların sayını artırdıqlarını söyləyib.

 

 

 

 

Teleqraf.com

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər