Neftçalada partlayış – Ölən var

Neftçalada partlayış – Ölən var

Neftçalada 3 gün əvvəl mənzilini təmir edərkən baş vermiş partlayış nəticəsində xəsarət alan yerli sakin bu gün səhər dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində 1981-ci ildə anadan olmuş Aqşin Fazil oğlu Əhmədov öz evində təmir işləri apararkən divara əlif boya-yağı vuraraq quruması üçün qapını bağlayıb.

3 gün əvvəl o otağın qapısını açaraq işığı yandırarkən əlifin quruması nəticəsində toplanmış qazdan partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Aqşin Əhmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, bu gün səhər orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər