Adnan Oktar və şəbəkəsinin istifadə etdiyi şifrəli sözlər məlum oldu

Adnan Oktar və şəbəkəsinin istifadə etdiyi şifrəli sözlər məlum oldu

Adnan Oktar və şəbəkəsinə qarşı təşkil edilən əməliyyat zamanı şübhəlilərin və şahidlərin verdiyi ifadələrdən sonra dəstə üzvlərinin şifrəli ünsiyyətlərinin üstü açılıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktar və şəbəkəsinin 8 aylıq dinlənilən telefon danışıqları zamanı istifadə etdikləri şifrəli sözlərlə nə demək istədikəri məlum oub.

Bu deşifrə olunan mesajlarda şəbəkə üzvləri bir-birilərinə görülən işlərin nədən olduqlarını bildiriblər. Bu mesajlarda həmçinin adamların hansı üsullarla şantaj olunduqları da bilinir.

Oktar və dəstəsinin bir-birləri ilə telefon danışıqları zamanı istifadə etdikləri bəzi şifrəli ünsiyyətləri iddalara görə belə sıralanıb:

Ailəm çağırır:  Adnan Oktar çağırır

Xalam çağırdı: Adnan Oktar təcili çağırdı

Arxasınca danışdıq: Zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaq

Yemək mədəsini pozdu: Zərərçəkmiş cinsi əlaqədə olmadı

10 kilo ət gəldi: 10 min TL şəbəkəyə pul gəldi.

Telefonla danışdınızmı?: Zərərçəkənin görüntüsünü çəkdinizmi?

100 kilo torpaq gəldi: 100 min TL çek gəldi.

Draqosta görüşək: Adnan Oktarın evində görüşək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər