Erməni politoloq: “Ermənistan dövlətçilikdən məhrum edilib”

Erməni politoloq: “Ermənistan dövlətçilikdən məhrum edilib”

“Ermənistan uzun müddətdir ki, dövlətçilikdən məhrum edilib və erməni xalqının əsas digər problemlərindən biri də ictimai xadimlərin siyasətçilərdən daha çox olması ilə bağlıdır”.

Avropa.info xəbər verir ki, bu fikri “The Armenian Interest” mərkəzinin rəhbəri, “Forbes” jurnalının müəlliflərindən biri olan Areq Qalstayan bildirib.

Politoloq İrəvanda keçirilən “Ermənistan və Rusiya: reallıqlar, problemlər və imkanlar” adlı konfransda çıxışında deyib ki, erməni xalqının faciəsi məhz bu amillərlə bağlıdır: “Siyasətçi- bu strateji və əsas elementdir ki, bu insanlar dövləti qurur”.

A.Qalstyanın fikrincə, bu gün Ermənistanda yetərincə ekspertlər var ki, onlar Ermənistan ətrafında baş verən və inkişaf edən siyasi və geosiyasi prosesləri Moskva, Vaşinqton, Pekin, Tehranda hazırlanamasından asılı olmayaraq, proqnozlaşdırmaq qabliyyətinə malikdirlər. “Sözsüz ki, Rusiya Avropa və ABŞ kimi bizi anoloji qaydada qəbul etdikləri səviyyədə bizim dostumuz və tərəfdaşımızdır. Yəni burada hər şey kifayət qədər praqmatikdir”- erməni politoloq vurğulayıb.

Erməni politoloq onu da bildirib ki, Moskva Vaşinqton və Brüssel kimi İrəvanı sevməkdə borclu deyil: “Ancaq sonuncu istənilən halda öz milli maraqlarını formalaşdırmaq naminə istənilən güc mərkəzi ilə soyuqqanlı dialoq aparmaq üçün harada mümkünsə ümumi ortaq məxrəc tapıb danışıqların gündəliyini müəyyən etməkdə borcludur”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər