Qolu sarğılı süpürgəçi nazirliyin təklifini rədd etdi

Qolu sarğılı süpürgəçi nazirliyin təklifini rədd etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın – Alaverdova Nelya Mamedovna ilə görüşərək onunla söhbət aparıblar.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib.

O bildirib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir:

“Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiya alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib”.

F,Talıblı əlavə edib ki, N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib:

“Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib.

Bu məsələdə KİV nümayəndələrinin, xüsusilə İTV kanalının xüsusi həssaslığını yüksək qiymətləndirir, cəmiyyətimizdə bu və buna bənzər hadisələrin aşkara çıxarılmasında mətbuatın fəallığını alqışlayırıq”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər