Kürəkən qaynatasının evində qətliam törətdi – 5 ölü, 4 yaralı

Kürəkən qaynatasının evində qətliam törətdi – 5 ölü, 4 yaralı

Türkiyənin Aydın şəhərində qətl hadisəsi baş verib.

Boşanma mərhələsində Mustafa Duran qəzəbli halda iki ov tüfəngi ilə qaynatasının evinə gələrək, atəş açıb. Atəş nəticəsində qayananasını, qaynatasını, həyat yoldaşını və evdə olan qonaq olan qonşular ölüb, daha 4 nəfər isə yaralanıb. Yaralananlar arasında Mustafanın qızı da olub.

Avropa.info “yeniakit”-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərinin Nazıllı rayonunda baş verib.

Belə ki, həyat yoldaşı Mustafa Duranana 3 ay əvvəl boşanma davası açan Halə Duran, qızı Tuğçenur Duranan ilə birlikdə qardaşı Birol Karakılıçın yaşadığı evə yerləşir. Boşanma mərhələsində olduğu həyat yoldaşı və qaynı plastik material satdığı “Dördyol” ərazisindəki dükanını boşaltmasını tələb edib və bundan sonra dükanın qıfılını dəyişiblər. Buna qəzəblənən Mustafa Duran axşam saatlarında öz maşını ilə qayınatanın evini basıb.

Birinci tüfəngdə güllə qurtardıqdan sonra Mustafa ikinci güllə ilə atəş açmağa başlayıb. Mustafa Duran bundan sonra hadisə yerindən qaçıb.

Sonradan Mustafa Duran polisə təslim olub.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər