“Formula 1″də çıxış edən “Ferrari”nin prezidenti istefa verib

“Formula 1″də çıxış edən “Ferrari”nin prezidenti istefa verib

“Formula 1” yarışlarında çıxış edən “Ferrari”nin sədri və baş icraçı direktoru Sercio Markyonne səhhətindəki problemlərlə əlaqədar istefa verib.

İtaliyalı funksioner keçirdiyi əməliyyatdan sonra səlahiyyətlərini icra edə bilmir. Direktorlar Şurasının yeni sədri Con Elkann, icraçı direktor Lui Kamilleri olacaq. Kamilleri “Philip Morris International” şirkətinin sabiq prezidentidir. O, Şuranın növbəti iclasında rəsmən təsdiqlənəcək.

Qeyd edək ki, builki “Formula 1” üzrə dünya çempionatında arxada qalan 10 Qran Pridən sonra “Ferrari” 287 xalla 1-ci pillədə qərarlaşıb. Bu komandanı almaniyalı Sebastyan Fettellə finlandiyalı Kimi Raykonnen təmsil edir. Fettel 171 xalla 1-ci, Raykonnen 116 xalla 3-cüdür. 2-ci pillədə isə 163 xalla “Mercedes”in böyük britaniyalı pilotu Lüis Hemilton qərarlaşıb. Hazırda Almaniyada təşkil olunan növbəti Qran Priyə iyulun 22-də yekun vurulacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər